Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilsin".