...

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 24 İyun 2017 16:26 (UTC +04:00)
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə “Azərbaycanda İslam həmrəyliyi ili” çərçivəsində və Ramazan bayramı münasibəti ilə birgə tədbir keçirib.
Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə “Azərbaycanda İslam həmrəyliyi ili” çərçivəsində və Ramazan bayramı münasibəti ilə birgə tədbir keçirib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı, Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Qazaxıstan Xalqları Milli Assambleriyasının Manqistau vilayəti üzrə rəhbərliyi və digər xalqların diaspor təşkilatlarının üzvləri, Aktau şəhər ictimaiyyətinin nümayəndələri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, yerli kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində qonaqlar Azərbaycanda İslam həmrəyliyi ilinə həsr olunmuş foto-kompozisiya tanış olublar. Tədbiri Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov açaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə İslam Həmrəyliyi elan olunması haqqında məlumat verib. O, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə malik olması və İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan ölkəmizdə etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı kimi dünyada tanınmasından danışıb.

Sonra Türkiyənin Aktau şəhərindəki Baş konsulu Korhan Kungeri, azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Şəmsəddin Hüseynov, Qazaxıstan Xalqları Milli Assambleriyasının Manqistau vilayəti üzrə milli mədəni cəmiyyətlərinin sədri Yusup Şaxşayev çıxış edərək, İslam dəyərlərindən, orucluq mərasimləri cəmiyyətdə birlik və həmrəyliyinin daha da möhkəmlənməsinə xidmətindən danışdılar və Ramazan ayı ilə bağlı təbriklərini bildiriblər.

Tədbir iftar süfrəsi ilə davam etdirilib və sonda Qarabağda, dünyanın digər ölkələrində həlak olmuş günahsız insanların ruhuna dualar oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti