...

Azərbaycan Avrokomissiyaya "e-commerce" və "e-logistics" bazarlarının vəziyyətinə dair hesabat təqdim edəcək

Siyasət Materials 27 İyun 2017 10:15 (UTC +04:00)
Azərbaycanda "e-commerce" və "e-logistics" bazarlarının cari vəziyyəti ilə bağlı hesabat hazırlanıb.
Azərbaycan Avrokomissiyaya "e-commerce" və "e-logistics" bazarlarının vəziyyətinə dair hesabat təqdim edəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda "e-commerce" və "e-logistics" bazarlarının cari vəziyyəti ilə bağlı hesabat hazırlanıb. Bunu Trend-ə İnformasiya Texnologiyaları Regional Akademiyasının (RITA - Regional Information Technologies Academy) rəhbəri Tofiq Babayev deyib.

Onun sözlərinə gröə, hesabatda elektron kommersiya və elektron loqistikanın prosedurları ilə bağlı bütün aspektlər əks olunub.

T.Babayev əlavə edib: "Hazırlanmış təkliflər bu ay Avropa Komissiyasına təqdim ediləcək. Sentyabrda isə Brüsseldə nazirlər səviyyəsində keçiriləcək görüşdə proqram məsələlərinin həlli üçün vəsait ayrılması ilə bağlı qərar qəbul olunacaq".

Xəbər lenti

Xəbər lenti