...

MƏDƏT QULİYEV: " ELMAR HÜSEYNOVUN QATİLLƏRİ DÜNYANIN 182 ÖLKƏSİNDƏ AXTARIŞDADIR"

Siyasət Materials 16 İyun 2005 13:45 (UTC +04:00)

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşı Tahir Xubanov və Teymuraz Əliyev barəsindədünyanın 182 ölkəsində qırmızı istiqamətləndirici xətt üzrə axtarış elan olunmuşdur. Bu haqda İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, polkovnik Mədət Quliyev Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, "Monitor" jurnalının baş redaktorunun qətli ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən hazırlanmış sənədlərİnterpolun Milli Mərkəzi Bürosuna daxil olduqdan dərhal sonra Beynəlxalq Polis Təşkilatının (İnterpol) Fransada yerləşən baş qərargahına çatdırılmışdır.

"İnterpolun Baş katibliyi tərəfindən müvafiq işlər artıq görülmüşdür. Bu günlərdə Elmar Hüseynovun qətlində təqsirləndirilən həmin 2 nəfərin barəsində 182 dövlətdə qırmızı istiqamətləndirici xətlə axtarış tədbirlərinə başlanılacaqdır",-deyə Mədət Quliyev vurğulamışdır.

Mədət Quliyev, daha sonra, rəhbərlik etdiyi idarədə bü günlərdə "Azad Azərbaycan" teleradio yayım şirkətinin prezidenti Tağı İbrahimov və Appelyasiya məhkəməsinin hakimi Bəhrəm Şükürova qarşı hazırlanmış terror aktının sifarişində şübhəli bilinən Rusiya vətəndaşı Rza Balaquliyev barəsində beynəlxalq axtarış elan olunması üçün hazırlıq işlərinin aparıldığını bildirmişdir.

Xəbər lenti

Xəbər lenti