...

SƏFƏR ƏBİYEV: "AZƏRBAYCAN RUSİYA QOŞUNLARININ ERMƏNİSTANA YERLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI NARAHATLIĞINI NATO RƏHBƏRLİYİNƏ ÇATDIRMIŞDIR"

Siyasət Materials 16 İyun 2005 13:49 (UTC +04:00)

"Rəsmi Bakı Gürcüstandan çıxarılacaq Rusiya hərbi bazalarının Ermənistana yerləşdirilməsi ilə bağlı narahatlığını artıq NATO rəhbərliyinəçatdırmışdır".

Trend informasiya agentliyi xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 15-dəmedia nümayəndələrinə verdiyi açıqlamasında bildirmişdir.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın rəsmi mövqeyi ötən həftə Brüsseldə keçirilmiş NATO-nun sammitində təşkilatın rəhbərliyinə çatdırılmışdır.

"Sammitdə çıxışımda Rusiyanın Gürcüstandan çıxardığıhərbi bazaların Ermənistana köçürülməsinin münaqişə tərəfləriarasında hərbi tarazılığı pozduğunu sammit iştirakçılarının diqqətinə çatdırdım. Eyni zamanda, Rusiyanın bu addımının rəsmi Bakıda kəskin etiraz doğurduğu təşkilatın rəhbərliyinəçatdırıldı", - deyə müdafiə naziri bildirmişdir.

Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsinin qarşısının alınması üçün Azərbaycanın danışıqlar apardığını qeyd edən müdafiə naziri, həmin ölkənin adını açıqlamaqdan yayınmışdır. Səfər Əbiyev, danışıqların nəticələrinin bir müddətdən sonra bəlli olacağını vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti