...

MƏLAHƏT HƏSƏNOVA: "SEÇKİ KOMİSSİYALARININ SİYASİ QÜVVƏLƏR ARASINDA BÖLÜNMƏSİ TƏKLİFİ PARLAMENTDƏ QƏBUL EDİLMƏYƏCƏK"

Siyasət Materials 16 İyun 2005 21:37 (UTC +04:00)

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər Milli Məclisin iyunun 17-də keçiriləcək iclasında müzakirə çıxarılacaq və bir sıra dəyişikliklər ediləcək. Bu barədə Trend ə millət vəkili Məlahət Həsənova məlumat verib. O, bildirib ki, Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər parlament üzvlərinin səs çoxluğu ilə qəbul olunacaq. Seçki Məcəlləsinə nə kimi dəyişikliklər ediləcəyinə gəldikdə isə, millət vəkili bildirib ki, bu, müzakirələrin gedişindən asılı olacaq.

Məlahət Həsənova onu da deyib ki, seçki komissiyalarının dəyişdirilməsi təklifi parlamentdə ümumiyyətlə müzakirəyə çıxarılmamalıdır. Onun sözlərinə görə, seçki komissiyalarının tərkibi ilə bağlı bütün dünyada standart qayda yoxdur. Yəni, ayrı-ayrı ölkələrdə seçki komissiyalarının tərkibi müxtəlif formatlardadır.

M.Həsənova əsasən müxalifət düşərgəsinin təkid etdiyi seçki komissiyalarının siyasi qüvvələr arasında poritet əsasda bölünməsi təklifi ilə razılaşmır. Onun fikrincə, Azərbaycanda çoxlu sayda bitərəf insanlar və onların seçki komissiyalarında təmsil olunmaq hüququ var: "Əgər komissiyalar yalnız siyasi qüvvələrdən ibarət olsa, bəz bitərəf insanlar harada təmsil ounmalıdırlar? Ona görə də mən hesab edirəm ki, parlamentdəki müzakirələrdə komissiyaların poritet əsasda formalaşdırması təklifləri və təkidləri olmayacaq. Mənim fikrimcə, seçki komissiyalarında iqtidar və müxalifət partiyaları, həmçinin bitərəf mövqeli insanlar təmsil olunmalıdırlar. Çox güman ki, komissiyaların siyasi qüvvələr arasında bərabər bölünməsi təklifi parlamentdə qəbul edilməyəcək"-deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti