...

ƏVƏZ ƏLƏKBƏROV: " PARLAMENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİNDƏ MALİYYƏ PROBLEMİ OLMAYACAQDIR"

Siyasət Materials 16 İyun 2005 21:43 (UTC +04:00)

"Parlament seçkilərinin keçirilməsində heç bir maliyyə problemi olmayacaqdır. Bu məqsədlə dövlət büdcəsində nəzərdə tutulmuş 40 milyard 390 milyon 634 min manat həcmində maliyyə vəsaiti lazım olduqca Mərkəzi Seçki Komissiyasının(MSK) hesabına köçürülür".Bunu maliyyənaziri ƏvəzƏləkbərov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, həmin vəsaitin təqribən 80%-i MSKstrukturunda çalışan əməkdaşların əmək haqlarının ödənilməsinə sərfolunacaqdır.

"Vəsaitin qalan hissəsi isəMSK-nın təbliğat-təşviqatvə təşkilat işlərininaparılmasına, eləcə də dairə seçki komissiyalarınısədr və katiblərinin əmək haqlarına sərf olunacaqdır.Bundan əlavə , öz təbliğat kampaniyalarınıaparmaları üçün qeydə alınmış namizədlərə də müəyyən həcmdə vəsaitlərin verilməsi planlaşdırılmışdır",-deyə Əvəz Ələkbərov vurğulamışdır.

Məsələ ilə əlaqədar MSK-dan Trend ə verilən məlumatda seçki kampaniyası dövründəqeydə alınmış namizədlər işdən azad olunduğu təqdirdə onların orta aylıq əmək haqqı komissiya tərəfindən ödəniləcəyi və bu məqsədlə namizədlərinhər birinə dövlət büdcəsinin hesabına ayda 1 milyon manat həcmində vəsait ayrılacağı bildirilmişdir.

Məlumatda, namizədlərə çatacaq vəsaitin Maliyyə Nazirliyi tərəfindənseçki kampaniyasına rəsmi start verildikdən sonra MSK-nın hesabına köçürüləcəyi bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti