...

FƏZİLƏT PARTİYASININ TƏSİS QURULTAYI KEÇİRİLİR

Siyasət Materials 20 İyun 2005 13:52 (UTC +04:00)

İyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Fəzilət Partiyasının ilk təsis qurultayı keçirilir. Bu barədə Trend ə partiyanın təsisçilərindən biri olan Gündüz Hacıyev məlumat verib.

O, bildirib ki, qurultayın gündəliyinə partiyaya sədr, birinci müavin və Nəzarət Təftiş Komissiyasının seçilməsi daxil edilib. Səhər saat 10.00-dan başlanan qurultayın axşam saat 18.00-dək davam etməsi nəzərdə tutulub. Bu partiyanın yaranma səbəbləri, gələcək fəaliyyət istiqamətləri barədə çıxışlar olub. Qurultayda Fəzilət Partiyasının sədrliyinə Gündüz Hacıyevin namizədliyi irəli sürülüb. G.Hacıyev qurultay iştirakçılarının partiya sədri postuna seçim imkanları olması və normal rəqabət yaranması üçün bir neçə nəfərin namizədliyi irəli sürməsini təklif edib. Qurultayda sədr seçkisindən sonra sədrin birinci müavini seçiləcək, NTK formalaşdırılacaq.

Qurultaydan bir neçə gün sonra keçiriləcək partiyanın ilk iclasında rayon təşkilatlarının sədrlərindən ibarət Baş Məclis formalaşdırılacaq. Partiya sədri həmin şəxslərin üçdə birini Ali Məclisin üzvü seçilməsini təklif edəcək. Onun təklifi Baş Məclis tərəfindən təsdiq edilərək partiyanın Ali Məclisi formalaşdırılacaq.

Qeyd edək ki, Fəzilət Partiyasını yaradan şəxslər İslam Partiyasında təmsil olunmuş və rəhbərlikdən narızı qalaraq oranı tərk edən şəxslərdir.

Xəbər lenti

Xəbər lenti