...

XİN BAŞÇILARININ PARİS GÖRÜŞÜNDƏ "AĞDAM-NAXÇIVAN" YOLUNUN AÇILMASI MÜZAKİRƏ EDİLMİŞDİR

Siyasət Materials 20 İyun 2005 13:57 (UTC +04:00)

İyunun17-də Parisdə bir araya gəlmişAzərbaycan və Ermənistanın xarici işlər nazirləriElmar MəmmədyarovlaVardan Oskanyanın görüşündə"Ağdam-Naxçıvan" şosse yolunun açılması məsələsi də müzakirə edilmişdir. Trend ğinformasiya agentliyi xəbər veir ki, bu haqdaAzərbaycan prezidentinin Dağlıq Qarabağmünaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərlə söhbətində bildirmişdir.

Onun sözlərinə görə,bu məsələnin reallaşması hər iki tərəfə xeyir gətirəcəkdir.

"Şosse yolunun fəaliyyətinə dairkonsepsiya çox müsbət təklifkimi nəzərdən keçirilmişdir. Bundan əlavə,XİN başçılarının son görüşünün müsbət cəhəti ondan ibarət olmuşdur ki,danışıqlardamünaqişənin həlli elementləri daha müfəssəlşəkildə müzakirə edilmişdir. Müzakirələrdə, ilk növbədə,Ermənistan tərəfindən işğal olunmuş ərazilərin boşaldılması, Dağlıq Qarabağda birgə yaşayacaq Azərbaycanlı və erməni icmalarının özünü idarəetmə statusu kimi məsələlərə xüsusi diqqət ayrılmışdır. Ümumiyyətlə isə rəsmi Yerevanınmünaqişənin həlli prosesinə konstruktivlik yanaşmasından çox şey asılı olacaqdır",- deyə Araz Əzimov vurğulamışdır.

Onun sözlərinə görə, XİN başçılarının Paris görüşündə əsas müzakirələr Azərbaycan və Ermənistan prezidentlərinin Varşava görüşündə müəyyən edilmiş mövqelər əsasında aparılmışdır.

Xəbər lenti

Xəbər lenti