...

ATƏT AZƏRBAYCANDA QARŞIDAKI PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI PROBLEMLƏRİN HƏLL EDİLMƏSİNDƏ İSRARLIDIR

Siyasət Materials 20 İyun 2005 16:17 (UTC +04:00)

ATƏT-in demokratik təsisatlar və insan şüquqları üzrə Bürosu (ATƏT DT İHB) "Tələbatların qiymətləndirilməsi üzrə missiya" hesabatını dərc etdirib.ATƏT-in Bakıdakı nümayəndəliyindən Trend agentliyinə daxil olmuş məruzədə qeyd olunur ki, noyabrda keçirilən parlament seçkiləri ilə bağlı olaraq DT İHB seçkilər üzrə Şöbəsinin rəhbəri Cerald Mitçelin başçılıq etdiyi ekspertqrupu ATƏT-in Azərbaycanda müşahidəçi missiyasının qarşıdakı işinin təşkil edilməsi üzrə vacib şərtlərin öyrənilməsinə dair qiymətləndirmə işi aparıb.

Məruzədə qeyd olunur ki, iyunun 5-dən 10-dək aparılmış işlər nəticəsində "təxirəsalınmaz həllini tələb edən" bir sıra problemlər müəyyən edilib.Xüsusilə seçki komissiyaları ictimai etimadın təmin edilməsi və ilk növbədə 2003-cü ildə prezident seçkiləri zamanı 694 seçki məntəqəsində səsvermələrin yekunlarının ləğv edilməsinə gətirib çıxaran qeyri-qanuni hərəkətlərə yol vermişşəxslərin məsuliyyətə cəlb olunması nəzərə alınmaqlatəşkil edilməlidir.Bundan başqa, 2003-cü ildə oktyabr hadisələri ilə əlaqədar məhkum olunmuş, sonradan isə əfv edilmişvətəndaşlarınparlamentdə passiv seçki hüququ qaytarılmalıdır.

Yerli idarəetmə orqanlarının səlahiyyət dairələri məhdudlaşdırılmalıdır.Bu tələb ilk növbədə hərəkətləri sərbəst toplanma azadlığının pozulmasına gətirib çıxaran orqanlara aiddir.Öz növbəsində, rəsmi dairələr "seçkilərin şəffaflığı"nı təmin etməyə imkan verən "seçicilərin barmaqlarının boyaya salınması" üzrə təklifi nəzərə almalıdjır.

Həmçinin 30% xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına seçki monitorinqinin keçirilməsini qadağan edən qanunvericilik aktına yenidən baxılmalıdır. ATƏT-in missiyası həmçinin seçki siyahılarının tərtib olunması, KİV nümayəndələrinin azad fəaliyyətinin təmin edjilməsi, eləcə də namizədlərin qeydiyyatı üçün vacib olan depozitlərin məbləği kimi məsələlərlə bağlı narazılığını bildirib.

Hesabatda qeyd olunur ki, əgər sözügedən məsələlər həll edilməsə, ATƏT-in missiyası Azərbaycanda parlament seçkilərinin keçirilməsi ilə əlaqədar "öz mövqeyinə yenidən baxmağa məcbur olacaq".

Xəbər lenti

Xəbər lenti