...

"YeS" BLOKUNUN MİTİNQ KOMİTƏSİ YARADILIB

Siyasət Materials 20 İyun 2005 16:22 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku parlament seçkiləri ilə əlaqədar kütləvi aksiyalara başlayacaq. Bu barədə Trend ə "YeS" blokunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 20-də blokun Koordinasiya Şurasının toplantısı keçirilib. İclasda "YeS" blokunun kütləvi aksiyalara hazırlıq məqsədi ilə Mitinq Komitəsinin yaradılması barədə qərar qəbul edilib. Həmçinin blokun seçki simvolu və rəngi də müəyyən olunub. Bu barədə iyunun 23-də bloku Məclisinin ilk iclasında açıqlama veriləcək.

İclasda həmçinin "Yeni Siyasət" blokunun bəzi strukturlarının təkmilləşdirilməsi qərara alınıb. Blok üzvləri Lalə Şövkət ABŞ-a, Eldar Namazov isə Rusiya səfərləri barədə məlumat veriblər, onların bu ölkələrdə keçirdikləri görüşlər barədə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti