...

TATYANA MIŞELOVA:VENESİYA KOMİSSİYASININ TÖVSİYƏLƏRİNƏ ƏMƏL OLUNMADIĞI HALDA GƏLƏCƏK FƏALİYYƏTƏ DAİR QƏRAR AŞPA SƏVİYYƏSİNDƏ QƏBUL OLUNACAQ

Siyasət Materials 20 İyun 2005 20:20 (UTC +04:00)
TATYANA MIŞELOVA:VENESİYA KOMİSSİYASININ TÖVSİYƏLƏRİNƏ ƏMƏL OLUNMADIĞI HALDA GƏLƏCƏK FƏALİYYƏTƏ DAİR QƏRAR AŞPA SƏVİYYƏSİNDƏ QƏBUL OLUNACAQ

Trend agentliyinin Venesiya komissiyasının xarici əlaqələr üzrə məsul işçisi Tatyana Mışelova ilə müsahibəsi

- Venesiya komissiyasının Venesiyada keçirilən bugünkü plenar iclasında Azərbaycan üzrə müzakirələr necə və hansı şəraitdə keçdi?

-Komissiya ilkin qərar qəbul edib.Sənəd hər hansı bir dəyişiklik olmadan qəbul edilib. İclas zamanı hakimiyyət layihənin (31 may görüşünün nəticələri əsasında yenidən işlənmiş) yeni variantını təqdim edib, amma bu, müzakirə edilməyib.

- Azərbaycanın Seçki komissiyasına iclasın yekunlarına əsasən qəbul olunması nəzərdə tutulan dəyişikliklər üzrə Venesiya komissiyası ilə ATƏT DT İHB-nin birgə qərarında nələr öz əksini tapacaq?

Azərbaycan Seçki komissiyasına dəyişikliklər üzrə Venesiya komissiyası ilə ATƏT DT İHB-nin birgə qərarında 25 aprel layihəsinin bir sıra problemli məqamları göstərilir.Eyni zamanda belə bir təşviş özünü büruzə verir ki, mətndə seçki komissiyalarının tərkibinə dəyişikliklər təklif olunmur, namizədlər üçün qeydiyyat depozitinin məbləği çox yüksək olaraq qalır və QHT-dan müşahidəçilər üçün məhdudiyyət problemi həll olunmayıb. Qəbul olunmuş qərarın tam mətni bizim internet səhifəsində dərc olunub.

- Azərbaycan hakimiyyətinə seçki qanunvericiliyinin təkmilləşdirilməsi üzrə əlavə tövsiyələr yönəldiləcəkmi? Əgər belədirsə, onda nələr nəzərdə tutulur?

- Biz Milli Məclis tərəfindən qəbul olunmuş dəyişikliklər mətnini alandan sonra komissiya qərarın həlledici variantını qəbul edəcək.

- Qəbul olunmuş birgə qərarla əlaqədar olaraq Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparılacaqmı?Əgər aparılacaqsa, onda bu məsləhətləşmələr harda, nə vaxt və hansı formada (məktublaşma vasitəsilə, yaxud hər-hansı bir səfər çərçivəsində) aparılacaq?

- Bugünkü gündə biz hər-hansı bir görüş planlaşdırmırıq.

- Əgər Azərbaycan hakimiyyəti Venesiya komissiyasının tövsiyələrini, o cümlədən seçki komissiyasının paritet təşkilinə dair tövsiyələrini tam şəkildə yerinə yetirməzsə, onda Komissiyanın qərarı necə olacaq?

- Biz hadisələrin inkişafını diqqətlə izləyirik.Komissiyanın tövsiyələrinə əməl olunmadığı təqdirdə gələcək fəaliyyətə dair qərar AŞPA səviyyəsində qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti