...

BQP DÖRD PARTİYA İLƏ İKİTƏRƏFLİ SAZİŞ İMZALAYACAQ

Siyasət Materials 22 İyun 2005 12:50 (UTC +04:00)

Böyük Quruluş Partiyası parlament seçkisi ilə əlaqədar Ədalət, Vətəndaş Həmrəyliyi, "klassiklər" AXCP-si və Milli Demokrat (Boz Qurd) partiyaları ilə əməkdaşlığa dair ikitərəfli saziş imzalayacaq. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlu məlumat verib. O, bildirib ki, BQP-nin bu dörd partiya ilə əməkdaşlıq etməsinə dair onlarla razılıq əldə olunub. BQP-nin hər partiya ilə ayrılıqda saziş imzalaması nəzərdə tutulub. Əməkdaşlığa əsasən bu partiyalar seçkilərlə əlaqədar birgə fəaliyyət göstərəcək, seçki dairələri üzrə namizədlərini razılaşdıracaq, bir-birini dəstəkləyəcək.

F.Qəzənfəroğlunun sözlərinə görə, həmin partiyalarla müttəfiqliyi onların vahid bir seçki blokunun yaranması ilə də nəticələnə bilər: "Amma hələki seçki blokunu yaratmaq gündəmdə deyil, Ədalət və Vətəndaş Həmrəyliyi partiyaları artıq başqa seçki blokunda təmsil olunur. Lakin bu, bizim öz namizədlərimizi razılaşdırmağımıza mane olmayacaq. Biz hələlik ikitərəfli əməkdaşlıq qururuq. Seçki dairələri üzrə vahid namizədlər müəyyən etmək elə seçki bloku qurmağa çox yaxındır".

Xəbər lenti

Xəbər lenti