...

ASİM MOLLAZADƏ AŞPA-NIN QARABAĞ ÜZRƏ MÜVƏQQƏTİ KOMİSSİYASININ TƏRKİBİNƏ DAXİL EDİLİB

Siyasət Materials 22 İyun 2005 14:12 (UTC +04:00)

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) lideri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) parlament nümayəndə heyətinin üzvü Asim Mollazadə AŞPA-nın Dağlıq Qarabağ üzrə Müvəqqəti Komitəsinin tərkibinə daxil edilib. Bu barədə Trend ə ADİP-in Bakıdakı ofisindən məlumat veriblər.

Məlum atda bildirilir ki, məhz A. Mollazadənin təşəbbüsü ilə komissiyanın tərkibinə Azərbaycanın və Ermənistanın müxalifət strukturlarının nümayəndələri daxil edilib. İlk iclasının iyunun 23-də keçiriləcəyi nəzərdə tutulmuş komissiyanın tərkibindəki erməni və azərbaycanlı nümayəndələrlə yanaşı, AŞPA-nın müxtəlif komitələrinin sədrləri, həmçinin AŞPA-nın Ermənistan və Azərbaycan məsələləri üzrəməruzəçiləri də daxildir. Komissiyaya lord Rassel Conston rəhbərlik edir.

Qeyd edək ki, Brüsseldə AŞPA-nın yay sessiyasının iclasının gedişində A.Mollazadə Rusiyada vəziyyətə dair Monitorinq Komitəsinin hesabatında düzəlişlərlə bağlı çıxış etmişdi. Azərbaycan parlamentariləri Rusiya tərəfini Gürcüstandakı hərbi bazalardakı qoşun birləşmələrini Cənubi Qafqazın sərhədlərindən kənara çıxarmağa çağırmışdı.

Xəbər lenti

Xəbər lenti