...

KEÇİRİLƏN HÜQUQ İSLAHATLARINA QİYMƏT YALNIZ ONLARIN HƏYATA KEÇİRİLMƏSİNDƏN SONRA VERİLƏ BİLƏR

Siyasət Materials 22 İyun 2005 19:07 (UTC +04:00)

Trend agentliyinin AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Qrossdan müsahibəsi.

- AŞPA-nın rəsmi nümayəndələrinin çıxışlarında dəfələrlə Azərbaycanda KİV sahəsində vəziyyətlə bağlı narazılıq ifadə olunub. Rəsmi Bakı bu problemin həll olunması üçün hansı addımları atmalıdır? Bu məsələ Azərbaycanda qanunvericilik sahəsində dəyişikliklərlə aradan qaldırıla bilərmi?

Mən şəxsən ümid edirəm ki, Azərbaycan hökuməti üç müstəqil ictimai telekanal və radiostansiyanın mövcudluğuna zəmanət verəcək. Həmin kanallara Azərbaycanın üç müxtəlif regionunun əhalisi tərəfindən seçilmiş insanlar rəhbərlik edəcək.

Azərbaycan hökuməti eləcə də hər bir arzu edən şəxsin qəzet çap etməsi və yayması, eləcə də bunun üçün orta səviyyədə haqq ödəməsi üçün milli tipoqrafiyanın və mətbuatın yayılması zrə təşkilatın yaranmasına da zəmanət verməlidir. Eyni zamanda, hökumət vəzifəli şəxslərin qəzetlərə, televiziya və radiostansiyalara qarşı məhkəmə proseduralarından yalnız ən zəruri hallarda istifadə etməsinə və onlara qarşı maliyyə cərimələrindən imtina etmələrinə tövsiyə etməlidir. Bu istiqamətdə hər hansı bir addım faydalı ola bilər.

Keçirilən hüquqi islahatlara yalnız onların həyata keçirilməsindən sonra qiymət veriləcəyi müəyyən olunduğu kimi, İctimai televiziyanın işinə də onun yayımı başlanandan sonra qiymət vermək zəruridir. Məsələn, Moldovada İctimai televiziya hələ də hökumətə məxsusdur; Britaniya və Almaniyada isə ictimai televiziya Azərbaycanın ehtiyac duyduğu əsl demokratik mühitin real xəzinəsidir.

- Siz Azərbaycanın hüquq müdafiəçilərinin Prezident Aparatında aparılan danışıqların müsbət yekunları barədə son bəyanatlarını necə qiymətləndirirsiniz? Eləcə də, əfv haqqında növbəti fərmanın imzalanması və Azərbaycanda siyasi məhbuslar probleminin həlli imkanları nəzərdə tutulur. Bu məsələdə Avropa Şurasının mövqeyi necədir?

Mən yalnız hüquq müdafiəçilərinin bəyanatları ilə tanışam. Qanun müdafiəçiləri hakimlərdir və təəssüf ki, burada onlardan hər hansı nikbin bəyanat az eşidilir. Razılaşma Azərbaycanda demokratiyanın inkişafı prosesinə müsbət töhvə verə bilər. Lakin təkcə mahiyyətinə görə yox ki, o, hökumət yönümlüdür. Ona görə ki, bu razılaşma keçmişdə bir-biri ilə kifayət qədər səmimi müzakirələr aparmağa qabil olmayan qruplar və adamlar arasında əldə olunub.

Avropa Şurası müxtəlif yarımbölmələrdən təşkil olunub və mən onların hamısının adından deyil, yalnız AŞPA-nın Monitorinq Qrupunun adından danışa bilərəm. Mənim bir sıra nəticələrlə razılaşmamağıma baxmayaraq, bu dialoqu və həmin bəyanatı alqışlayıram. Lakin bu problem deyil. Bu, azad cəmiyyətdə müxtəlif adamların müxtəlif siyasi məsələlərlə bağlı bir-birlərilə razılaşmadıqlarını ifadə etməyin bir vasitəsidir. Bu mənada mən özüm siyasi məhbuslar probleminin əsas hissəsi olduğu Azərbaycanda demokratik institutların fəaliyyəti üzrə müzakirələrdə iştirak edəcəyəm.

- Rəsmi Bakının Venesiya Komissiyası ilə danışıqlarının nəticələri beynəlxalq ictimaiyyətin Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı mövqeyinə nə dərəcədə effekli təsiri ola bilər? Bu məsələ AŞPA-nın yay sessiyasında müzakirələrin predmeti ola bilərmi?

Əlbəttə, beynəlxalq ictimaiyyət çoxsaylı müxtəlif hissələr və elementlərdən ibarət olduğuna görə mən onun nə etdiyni deyə bilmərəm. Güman edirəm ki, bu cür danışıqlar həmişə faydalıdır və onun nəticələrini daima təkmilləşdirir. Odur ki, Azərbaycanın təcili olaraq təkmilləşdirilmiş seçki məcəlləsinə ehtiyacı var. AŞPA bu məsələni son illər ərzində bir neçə dəfə qaldırıb: seçki komissiyaları real olaraq müstəqil orqanlar olmalıdırlar. Onlar bütün iştirakçılar tərəfindən qəbul olunmalı və çoxluğun maraqlarını müdafiə etmək üçün çoxluğun aləti olmamalıdır. Çünki bu da demokratik seçki prosesində seçki komissiyalarının funksiyası deyil.

- Azərbaycanda seçkiqabağı dövrdə fəaliyyət göstərəcək AŞ Monitorinq qrupunun yaradılacağı nəzərdə tutulubmu, yoxsa monitorinq ATƏT-in Bakıdakı nümayəndəliyi tərəfindən keçiriləcək?

Azərbaycanda olan Monitorinq qrupunun iki üzvü, cənab Hekkel və mən özüm iyulun 5-dən sonra tam bir həftə Bakıda və bir neçə rayonda seçkilərə hazırlıqla bağlı müşahidələr aparacaq və monitorinq keçirəcəyik. Sentyabrda biz, həmişə olduğu kimi, AŞPA-nın beş nəfərdən ibarət seçkiqabağı missiyasını həyata keçirəcəyik. Seçkilər günü isə AŞPA-nın 30-a yaxın üzvü ATƏT-in, Avropa Birliyinin və NATO assambleyasının digər müşahidəçiləri ilə birgə seçkidə iştirak edəcəyik. Şəxsən mən özüm son 11 il ərzində Floridadan Bakıya qədər və Tiranadan Odessayadək 35-dən artıq seçkidə iştirak etmişəm. Bu təcrübə mənə daha çox bilik və nüfuz qazandırmışdır. Bu mənada öz işini yaxşı icra edən institutlar artıq mövcud olduğu halda bizə yeni institutlar yaratmaq lazım deyil.

- Sizin Azərbaycana növbəti səfəriniz hansı dövrə planlaşdırılıb?

Albaniyada seçkiləri müşahidə etdikdən sonra mən ikinci gün səhər Bakıya gələcəyəm. İyulun 5-dən şənbə günü səhərə qədər burada qalacağam. Bu mənim Azərbaycana 4 il yarım ərzində 19-cu səfərim olacaq. Mən inanmıram ki, siz Azərbaycanda mənim qədər tez-tez olan başqa Qərbi avropalı tapa biləsiniz.Mənə belə çətin bir zamanda bu qədər çoxsaylı azərbaycanlı ilə intensiv görüşmək imkanı verən üstünlüyə çox minnətdaram.

Xəbər lenti

Xəbər lenti