...

ABŞ KONQRESİNİN ALT KOMİTƏSİ AZƏRBAYCANDA AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏRİN KEÇİRİLMƏSİNİ TƏLƏB EDƏN QƏTNAMƏNİ TƏSDİQLƏYİB

Siyasət Materials 23 İyun 2005 15:58 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının alt komitəsi Azərbaycanda seçkilərin azad və ədalətli seçkilərin keçirilməsini tələb edən qətnaməni təsdiqləyib. Trend in Palatanın katibliyinə istinadən yaydığı məlumatda bildirilir ki, sənəd bundan sonra nəzərdən keçirilmək üçün Nümaynədələr Palatasının beynəlxalq münasibətlər üzrə komitəsinə göndərilib.

Qətnamə layihəsi Konqresə Elton Qalleqli başda olmaqla üç respublikaçı-konqresmen tərəfindən təqdim edilib. Sənəddə bildirilir ki, Azərbaycanda 2003-cü ildə keçirilmiş prezident seçkiləri "beynəlxalq standartlara uyğun gəlmir " və həmin seçkilərdən sonra Avropa Şurasının qəbul etdiyi 1358 saylı qətnamədə Azərbaycan hökuməti "dərhal siyasi məhbusların azad edilməsi, seçkilər zamanı yol verilmiş pozuntuların araşdırılması, ictimai televiziyanın yaradılması və bütün siyasi partiyalara Azərbaycan xalqı ilə məlumat ünsiyyəti qurmağa icazə verməsi üçün bir sıra addımlar atmağa" çağırıb.

Qətnamə layihəsində bildirilir:"Nümayəndələr Palatası Azərbaycan hökumətini qarşıdakı seçkilərdə bütün siyasi partiyaların seçkilərdə iştirakına (parlament seçkiləri ərəfəsində həbs edilmiş siyasi partiyaların üzvləri də daxil olmaqla) icazə verməyə çağırır". Sənəddə həmçinin beynəlxalq ictimaiyyəti və ABŞ-ın qeyri-hökumət təşkilatlarını Azərbaycanda noyabr ayında keçiriləcək parlament seçkilərini "lazım olan miqdarda" müşahidəçilərlə təmin etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti