...

ŞƏHƏRSALMA İLƏ BAĞLI İCTİMAİ NƏZARƏT KOALİSİYASI YARADILACAQ

Siyasət Materials 24 İyun 2005 12:49 (UTC +04:00)

"Ekoleks" ekoloji hüquq mərkəzi şəhərsalma sahəsində əhalinin təhlükəsizliyinin və sağlam ətraf mühitin təmin edilməsi ilə bağlı layihə həyata keçirir. Trend in məlumatına əsasən, iyunun 23-də Beynəlxalq Mətbuat Mərkəzində layihənin təqdimat mərasimi keçirilib. "Ekoleks" ekoloji hüquq mərkəzinin İdarə Heyətinin sədri Samir İsayev bildirib ki, layihənin məqsədi Azərbaycanda əhalinin təhlükəsizliyini, sağlamlığını təmin edəcək şəhərsalmaya nail olmaqdır. Digər strateji məqsəd şəhərsalma prosesinə ictimai nəzarətin ən yüksək səviyyələrinə naİl olmaqdır.

Layihə Azərbaycanda şəhərsalma sahəsində qünunvericiliyin və normativ sənədlərin təhlilini, ictimaiyyətin qərarların qəbulu prosesində iştirakının araşdırılmasını, əhalinin bu sahədə hüquq və vəzifələri barədə məlumatlandırılmasını nəzərdə tutur. Bunları həyata keçirmək üçün layihə rəhbəri Milli Məclisə, Dövlət Tikinti və Memarlıq Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyəti Tikinti və Memarlıq Departamentinə müraciətlər ediləcək, onlar əməkdaşlığa dəvət olunacaq.

Layihə çərçivəsində həmçinin digər qonşu ölkələrin paytaxt və iri şəhərlərinin şəhərsalma təcrübəsi öyrəniləcək, təhlil ediləcək. Samir İsayevin sözlərinə görə, müvafiq Azərbaycan qanunvericiliyinin, normativ hüquqi sənədlərin, standart və tikinti, sanitariya qaydalarının elektron bazasının əsası qoyulacaq. O, bildirib ki, parlament seçkilərində iştirak edən namizədlərin seçki platformasına şəhərsalma ilə bağlı ciddi problemlərin də daxil edilməsi üçün onlarla görüşlər keçiriləcək. Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Məclisin şəhərsalma ilə bağlı problemlərə diqqətini cəlb etmək üçün müxtəlif növlü aksiyalar keçiriləcək, şəhərsalmaya İctimai Nəzarət Kolisiyası yaradılacaq.

,

Xəbər lenti

Xəbər lenti