...

NATO RUSİYA QOŞUNLARININ GÜRCÜSTANDAN ERMƏNİSTANA KÖÇÜRÜLMƏSİNDƏN NARAHATDIR

Siyasət Materials 24 İyun 2005 18:30 (UTC +04:00)
NATO RUSİYA QOŞUNLARININ GÜRCÜSTANDAN ERMƏNİSTANA KÖÇÜRÜLMƏSİNDƏN NARAHATDIR

NATO Rusiya qoşunlarının bir hissəsinin Gürcüstan ərazisindən Ermənistana köçürülməsindən narahatdır.Biz yaxın günlərdə bu məsələni Rusiya rəhbərliyi qarşısında qaldıracağıq.Bu bəyanatla Dövlət Gömrük Komitəsində keçirilən mətbuat konfransında NATO baş katibinin müavini Con Kolston çıxış edib.

C.Kolston Moskva ilə Rusiya arasında Rusiya hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılmasına dair bağlanmış sazişi alqışlayıb.O, qeyd edib ki, bununla Rusiya ATƏT-in İstambulda keçirilən sammitində üzərinə götürdüyü vəzifələrin bir hissəsini yerinə yetirib. "Biz qoşunların çıxarılmasını alqışlayırıq, amma bu addım Cənubi Qafqaz regionunda sabitliyə mane olmamalıdır" -deyə NATO nümayəndəsi qeyd edib.

Sonda NATO baş katibinin müavini qeyd edib ki, Gürcüstanda olan bütün şəxsi heyət və hərbi bazalar yalnız Rusiyanın ərazisinə çıxarıla bilər.

Xəbər lenti

Xəbər lenti