...

NOVRUZ MƏMMƏDOV: TÜRKİYƏ BAŞ NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİ ÇOX ƏHƏMİYYƏTLİDİR

Siyasət Materials 24 İyun 2005 18:41 (UTC +04:00)

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər yüksək səviyyədədir. Bizim münasibətlərimiz dostluq, qardaşlıq, strateji tərəfdaşlıq xarakteri daşıyır". Bu barədə Trend ə AR Prezridentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyə baş naziri Rəcəb Tayıp Erdoğanın iyunun 28-29-na planlaşdırılan səfəri ərəfəsində bildirib.

"Azərbaycan prezidentinin Türkiyəyə, Türkiyə rəhbərlərinin Azərbaycana səfərləri ümumilikdə ənənəvi xarakter daşıyır. Mən bu səfərə çox böyük əhəmiyyət verirəm. Hesab edirəm ki, Türkiyə baş nazirinin səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanması üçün çox böyük əhəmiyyət kəsb edəcək. Bu məsələlər görüş və Azərbaycan prezidenti ilə Türkiyə baş naziri arasındakı fikir mübadiləsi zamanı diqqət mərkəzində olacaq", - deyə o vurğulayıb.

Azərbaycan XİN-dən Trend ə verilən məlumata əsasən, iki ölkənin ekspertləri Türkiyə baş nazirinin səfəri zamanı imzalanması planlaşdırılan sənədlər paketini hazırlayırlar. Onların arasında birgə kommünike, texniki-iqtisadi əməkdaşlıq, təhsil, elm, xəritəşünaslıq sahəsində əməkdaşlıq, fövqaladə hallar zamanı qarşılıqlı yardım haqqında sazişlər var.

Xəbər lenti

Xəbər lenti