...

VURĞUN ƏYYUB: "İYULUN 2-DƏ MÜSAVATIN VƏ "AZADLIQ" BLOKUNUN AKSİYALARI BİR-BİRİNƏ MANE OLMAYACAQ"

Siyasət Materials 25 İyun 2005 14:36 (UTC +04:00)

"İyulun 2-də Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirəcəyi piketlə "Azadlıq" blokunun həmin günkü digər aksiyaları bir-birinə mane olmayacaq". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin iyunun 25-ə gənclərlə görüş keçirməsi üçün Respublika Əl Oyunları İdman Sarayının icarəyə götürülməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməyib. Şəhər rəhbərliyi Müsavat Partiyasına tədbirini keçirmək üçün Xətai adına Mədəniyyət Sarayını təklif edib.

V.Əyyub bildirib ki, Bakı Şəhər İcra Haikimiyyətinin bu təklifi qanunsuzdur. Onun sözlərinə görə, həm Xətai adına Saray əlverişli ünvanda yerləşmir, həm də tədbirə bir sutkadan az vaxt qalmış Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavab verilməsi tədbirin baş tutması işini çətinləşdirir: "Xətai adına Saray çox biabırçı vəziyyətdədir. Orada tədbir keçirənlər bilir ki, durum necədir. Həm də İsa Qəmbərlə görüşə gələcək gənclərin sayı Xətai adına Sarayın yerlərindən xeyli çox olacaq. Ona görə də biz həm şəhərin mərkəzində yerləşməsinə, həm də genişliyinə görə Əl Oyunları Sarayını təklif etmişik".

Xəbər lenti

Xəbər lenti