...

CAHANGİR MƏMMƏDLİ: "İCTİMAİ TELEVİZİYANIN NORMAL FORMALAŞDIRILMASI ÜÇÜN DÖVLƏT VƏSAİTİ AZI 10 DƏFƏ ARTIRILMALIDIR"

Siyasət Materials 25 İyun 2005 17:28 (UTC +04:00)

"İctimai televiziya avqust ayında fəaliyyətə başlayacaq. Yayım Şurası isə artıq seçilən gündən fəaliyyətə başlayıb. İctimai televiziyanın direktorundan başqa, biz ayrı-ayrı departamentlərin rəhbərlərini də seçmişik". Bu fikirləri İctimai Televiziyanın (İTV) Yayım Şurasının sədri Cahangir Məmmədli Trend ə müsahibəsində bildirib.

Cahangir Məmmədli deyib ki, Yayım Şurası hazırda texniki avadanlıqlara, kadrların seçiminə nəzarət etməklə məşğuldur. Ümumilikdə İTV-də çalışacaq kadrları Direktorlar Şurası seçir, Yayım Şurası isə onların qərarına, seçiminə nəzarət edir. C.Məmmədlinin sözlərinə görə, İTV-nin rəhbər kadrlarını isə televiziyanın direktoru təqdim edir, sonra Yayım Şurası onları həmin vəzifəyə təsdiqləyir.

Texniki və rəsmi işləri aparılan İTV-nin yerləşəcəyi binada isə hazırda təmir işləri gedir. Qeyd edək ki, İTV üçün Azon zavodunun binası ayrılıb, bina təmir edilir və televiziya üçün gərəkli vəziyyəğə gətirilməsi üçün orada işlər aparılır. C.Məmmədlinin sözlərinə görə, həmin bina əsl İTV üçün yararlı bir yerdir və çox da böyük təmirə ehtiyacı yoxdur: "İyul ayının 20-dən təmir işlərinin başa çatması nəzərdə tutulub. Həmin vaxt bəzi studiyaların da btzə təhvil verilməsi planlaşdırılıb. Baş direktor televiziyanın tam şəkildə efirə avqust ayına vəd verib"-deyə Yayım Şurasının sədri bildirib.

C.Məmmədli İTV-nin normal fəaliyyətinin qurulması üçün dövlət tərəfindən lazımınca vəsait ayrılmamasından şikayətlənib. O, bildirib ki, İTV-yə cəmi 3 milyon dollar ayrılıb, halbuki bu televiziyanın istənilən səviyyədə qurulması üçün ən azı 30 milyon dollar lazımdır: "Çox təəssüf ki, dövlət İtcitmai Televiziyaya pul ayırmaq istəmir. İctimai Televiziyanın normal şəkildə formalaşdırmaq üçün ayrılan pul çox azdır və ən azı 10 dəfə artırılmalıdır".

C.Məmmədli İTV-nin yaradılmasını Azərbaycan qarşısında öhdəlik qoyan beynəlxalq qurumdan da şikayətlənib. O, bildirib ki, Avropa Şurası, onun nümayəndələri indiyədək bir dəfə də İTV-nin qurulması işi, onun problemləri ilə maraqlanmayıblar. İTV rəsmisinin sözlərinə görə, onlar yalnız öz kabinetlərində oturub tələblərini irəli sürürlər. Halbuki İTV-nin vaxtında formalaşdırmaq üçün çox böyük işlər görülməlidir.

Xəbər lenti

Xəbər lenti