...

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYIB ERDOĞANIN AZƏRBAYCANA SƏFƏR PROQRAMI ÇOX ZƏNGİNDİR

Siyasət Materials 27 İyun 2005 11:18 (UTC +04:00)
TÜRKİYƏNİN  BAŞ NAZİRİ  RƏCƏB TAYYIB ERDOĞANIN AZƏRBAYCANA SƏFƏR PROQRAMI ÇOX ZƏNGİNDİR

İyunun 29-da Azərbaycana rəsmi səfərə gələcək Türkiyənin baş naziri Rəcəb Tayyıb Erdoğanın səfər proqramı çox zəngindir. Bu haqda Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı Trend ə verdiyi eksklyuziv müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə səfərə hazırlıq məqsədi ilə xüsusi işçi qrupu iyunun 27-də Azərbaycana gələcəkdir. "Baş nazir Azərbaycana səfəri çərçivəsində Bakıda, Səməd Vurğun küçəsində Türkiyənin Azərbaycandakı səfirliyi üçün ayrılmış ərazidə(keçmiş "Pionerlər bağı") inzibati binanın təməlatma mərasimində iştirak edəcəkdir. Daha sonra Rəcəb Tayyıb Erdoğan Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və TÜSİAB-ın üzvləri ilə görüşəcəkdir. Baş nazirin Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşü, eləcə də parlamentdə millət vəkilləri qarşısında çıxışı planlaşdırılmışdır.

Rəcəb Tayyıb Erdoğan, həmçinin Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşəcəkdir. İyunun 30-da isə baş nazirin əvvəlcə prezident İlham Əliyevlə tətbətək, sonra isə nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüş olacaqdır. Planlaşdırılmış görüşləri başa vurduqdan sonra, Rəcəb Tayyıb Erdoğan elə həmin gün vətənə yola düşəcəkdir",- deyə Turan Moralı bildirmişdir.

Səfirin sözlərinə görə, Rəcəb Tayyıb Erdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında əmkdaşlığa dair bir sıra sənədlər imzalanacaqdır. Bunlar nəqliyyat, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlığı özündə əks etdirir. Həmin sənədlərdən bir qisminin artıq imzalanmaq üçün hazır olduğunu qeyd edən səfir, qarşıdakı iki gün ərzində işçi qrupu tərəfindən qalan sənədlərin də Azərbaycan tərəfi ilə razılaşdırılacığını bildirmişdir.

Xəbər lenti

Xəbər lenti