...

QAT YAXIN GÜNLƏRDƏ QARABAĞ MİTİNQİ KEÇİRƏCƏK

Siyasət Materials 27 İyun 2005 16:12 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) Ali Məclisi yaxın günlərdə Qarabağ mitinqinin keçirilməsinə dair qərar qəbul edib. Bu barədə Trend ə QAT-ın mətbuat xidmətindən məlumat verilib. Mitinqin yerinin, vaxtının dəqiqləşdirilməsi, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunması ilə bağlı QAT-ın İdarə Heyətinə səlahiyyət verilib.

Mitinqin keçirilməsində məqsəd parlament seçkiləri ərəfəsində hakimiyyətin və beynəlxalq təşkilatların səmərəli fəaliyyət göstərə bilməməsini nəzərə çatdırmaq, Azərbaycan xalqının Qarabağın işğalı faktı ilə bağlı barışmaz mövqeyini dünya ictimaiyyətinə nümayiş etdirilməsindən ibarətdir. QAT üzvləri hesab edirlər ki, növbəti seçiləcək parlament Qarabağ məsələsi ilə ciddi məşğul olmalı, nəticələr əldə etməli, parlamentdə daha çox Qarabağın azadlığına çalışan şəxslər düşməlidirlər.

Qarabağla bağlı keçiriləcək mitinqin son qərarı iyunun 28-də QAT-ın İdarə Heyətinin genişlənmiş iclasında qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti