...

RAMİL USUBOV: RƏSUL QULİYEV VƏ AYAZ MÜTƏLLİBOV SEÇKİYƏ QATILMAZDAN ÖNCƏ QANUN QARŞISINDA CAVAB VERMƏLİDİRLƏR

Siyasət Materials 27 İyun 2005 16:30 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Rəsul Quliyev və Azərbaycan Sosial-Demokart Partiyasının həmsədri Ayaz Mütəllibov parlament seçkilərinə qatılmazdan öncə qanun qarşısında cavab verməlidirlər". Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Trend ə verdiyi eksklüziv müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi(DİN) əməkdaşlarının əsas vəzifələrindən biri də haqqında məhkəmələr tərəfindən həbs qəti imkan tədbiri seçilmiş şəxslərin ölkəyə daxil olan zaman onların saxlanılmasını həyata keçirməkdir.

"Məhz bu səbəbdən də Ayaz Mütəllibovla Rəsul Quliyev Azərbaycan ərazisinə daxil olan zaman onlar DİN əməkdaşları tərəfindən həbs olunacaqlar.Lakin burada məsələnin başqa bir tərəfi də vardır. Ola bilsin ki, həmin siyasi partiyaların rəhbərləri Azərbaycana gəlsinlər, məhkəmə qarşısında öz günahsız olduqlarını sübuta yetirsinlər. Əgər bu baş verərsə, sözsüz ki, onlar barəsində məhkəmələr tərəfindən çıxarılmış həbs qəti imkan tədbiri dəyişdirilə bilər. Nə qədər ki, bu baş verməmişdir, onlar barəsində axtarış tədbirləri davam etməkdədir. DİN əməkdaşları məhkəmə qərarının icrasını təmin edəcəklər "-deyə daxili işlər naziri vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti