...

GÖY GÖL QORUĞU MİLLİ PARK OLACAQ

Siyasət Materials 28 İyun 2005 12:41 (UTC +04:00)

Respublikamızın 15 dövlət qoruğundan bir neçəsi Milli park adlandırılacaq. Onlardan biri Göy göl Dövlət Qoruğudur. Bu məlumatı qoruğun direktoru Bilal Verdiyev Trend in bölgə müxbirinə açıqlayıb.

Onun sözlərinə görə, bununla bağlı qanun hazırlanır. B.Verdiyev belə bir qərara bir sıra aidiyyəti nazirliklərin nümayəndələrinin və beynəlxalq müşahidəçilərin Hacıkənd-Göy göl ərazilərinə baxış keçirməsindən sonra gəlindiyini bildirib. Ekspertlər bu ərazilərin turizmin inkişafı üçün tam əlverişli olduqlarını təsdiqləyib. Yeni status qoruğun flora və faunasının təhlükəsizliyinə tam təminat verir. Bu məqsədlə meşə və gölün dörd bir tərəfi tikanlı məftillərlə mühafizə ediləcək. İstirahət mərkəzləri qoruq ərazisindən bir qədər aralı salınacaq. Burada müxtəlif sağlamlıq ocaqları, sanatoriya və turistlər üçün beş ulduzlu otel tikiləcək. Gələn qonaqlar meşə və gölə kənardan salınacaq yoldan tamaşa edəcəklər. Bunun üçün xüsusi turist maşrutları istifadəyə veriləcək. Yalnız tədqiqatçılar elmi işlər aparmaq üçün qoruğa buraxılacaq. Qoruğun ərazisindəki əvvəlki obyektlər İİN tərəfindən özəlləşdirilməyə təqdim edilib. Artıq onlardan bir neçəsi xarici iş adamlarına idarəetməyə verilib.

Xəbər lenti

Xəbər lenti