...

XANLAR ASFALT ZAVODU İŞƏ DÜŞÜB

Siyasət Materials 28 İyun 2005 12:56 (UTC +04:00)

Xanlar Asfalt zavodu işə düşüb. Zavod 1994- cü ildən işləmirdi. Səbəb müəssisənin sovet dövründən qalma avadanlıqların yararsız hala düşməsi idi. Almaniyadan gətirilən yeni avadanlıq hesabına köhnə tamamilə yenisilə əvəzlənib. Zavod rayonun Quşqara kəndi ərazisində yerləşir. İstehsal güçü sutkada 250-300 tondur. Bu da gün ərzində 200-300 m yolun asfaltlanması deməkdir. Hazırda müəssisədə 43 nəfər işçi çalışır.

Qeyd edək ki, Xanlarda Asfalt zavodu ilə yanaşı indiyə qədər quşçuluq fabriki, "Azərbaycan" kəndli fermer təsərrüfatı, Mineral su istehsalı və s. kimi yeni müəssisələr yaradılmış, Aqrar sənaye kimbinatı, "Xanlar-Mexanikləşdirmə" ASC, "Ərzaq" kəndli Fermer Təsərrüfatı fəaliyyətini bərpa edib.

Ölkə rəhbərinin "Regionların sosial-iqtisadi inkişafı haqqında" Dövlət Proqramından ötən müddətdə Xanlar rayonunda 1195 yeni iş yerləri açılıb. Onlardan 607 yeni, 155 bərpa olunan, 241 müvəqqəti yaradılmış iş yerləridir.

Xəbər lenti

Xəbər lenti