...

SƏMƏD SEYİDOV: ERMƏNİ DEPUTATLARININ BAKIYA GƏLİB-GƏLMƏMƏSİ AŞ PA KOMİTƏLƏRİNİN İCLASLARININ ƏHƏMİYYƏTİNİ AZALTMAYACAQDIR

Siyasət Materials 28 İyun 2005 17:26 (UTC +04:00)
SƏMƏD SEYİDOV: ERMƏNİ DEPUTATLARININ  BAKIYA GƏLİB-GƏLMƏMƏSİ  AŞ PA KOMİTƏLƏRİNİN  İCLASLARININ  ƏHƏMİYYƏTİNİ AZALTMAYACAQDIR

"Azərbaycan tərəfi erməni deputatlarının Bakıya gəlib-gəlməməsi ilə bağlı bir o qədər də narahatlıq keçirmir. Əsas məsələ odur ki, AŞ PA-nın Monitorinq Komitəsinin iclası yüksək səviyyədə keçiriləcəkdir". Bunu Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr şöbəsinin müdiri, AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Trend ə müsahibəsində bildirilmişdir.

Onun sözlərinə görə, əslində Azərbaycan tərəfi Bakıya Monitorinq Komitəsinin üzvlərini dəvət etdiyindən , həmin komitənin üzvü olan erməni deputatlarının iclasda iştirak edib-etməməsi toplantının əhəmiyyətini azaltmayacaqdır.

"Təsəvvür edin ki, Bakıda keçiriləcək AŞ PA-nın Monitorinq Komitəsi və Miqrasiya və Qaçqınlar üzrə alt komitənin iclasında iştirak etmək üçün Bakıya 100-dək avropalı deputat gələcəkdir. Biz bu komitələrin iclaslarında dəfələrlə Azərbaycanla bağlı məsələləri müzakirə etmişik. Amma bu toplantıların indi Bakıda keçirilməsi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki indi Azərbaycanla bağlı məsələlər bilavasitə burada müzakirəyə çıxarılacaqdır, indi avropalı deputatlar Azərbaycan həqiqətlərini və reallıqlarını öz gözləri ilə görəcəklər.Hesab edirəm ki, bu müzakirələr obyektivliyə xidmət edəcəkdir. Bizim də istəyimiz odur ki, AŞ PA komitələrinin sənədlərində Azərbaycanda gedən proseslər öz real əksini tapsın"-deyə Səməd Seyidov vurğulamışdır.

Səməd Seyidov daha sonra AŞ PA-nın eyni vaxtda iki komitəsinin iclasının Bakıda keçirməsini beynəlxalq təşkilatların Azərbaycana olan diqqətinin çox yüksək səviyyədə olmasının göstəricisi adlandırmışdır.

Xatırladaq ki, Bakıda, "Hyatt Park" mehmanxanasında iyulun 4-də AŞ PA-nın Miqrasiya və Qaçqınlar üzrə alt komitəsinin, iyulun 5-də isə Monitorinq Komitəsinin iclası keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti