...

AŞPA-NIN MƏRUZƏÇİSİ AZƏRBAYCANDA QAÇQINLARIN VƏZİYYƏTİ BARƏDƏ MƏRUZƏ HAZIRLAYIR

Siyasət Materials 29 İyun 2005 13:05 (UTC +04:00)

Azərbaycanda məcburi köçkünlərin və qaçqınların vəziyyət barədə məruzə hazırlanacaq. Azərbaycan Nazirlər Kabinetinin qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş üzrə şöbəsinin müdiri Qurban Sadıqov Trend agentliyinə bildirib ki, məruzə üçün materiallar miqrasiya, qaçqınlar və əhali məsələləri üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndəsi, Latviya Seyminin deputatı Boris Tsileviçin iyulun 1-4-də həyata keçiriləcək qarşıdakı səfərinin gedişində toplanacaq.

Azərbaycana səfəri çərçivəsində məruzəçi qaçqın düşərgələrinə baş çəkəcək, qaçqınlarla və məcburi köçkünlərlə görüşəcək, onların yaşadıqları şəraitlə tanış olacaq və monitorinq keçirəcək. Səfərin yekunları üzrə hazırlanmış məruzə AŞPA Komitəsinə təqdim ediləcək.

AŞPA-nıfn deputatı qaçqınlar və məcburi köçkünlərlə işləyən müxtəlif dövlət strukturları və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti