...

ABŞ AZƏRBAYCAN VƏ ERMƏNİSTANA HƏRBİ XƏRCLƏR ÜÇÜN 5 MİLYON DOLLAR VƏSAİT AYIRIB

Siyasət Materials 29 İyun 2005 16:01 (UTC +04:00)

ABŞ 2006-cı ildə Azərbaycana və Ermənistana hərbi məqsədlə üçün 5 milüyon dollarlıq qrant verəcək. Trend in verdiyi məlumata görə, belə bir qərarı ABŞ( Konqresinin Nümayəndələr Palatası bir gün əvvəl keçirdiyi iclasında qərara alıb.

Palata 2006-cı ildə xaricdəki əməliyyatlar üçün vəsaitin ödənməsi barədə qanun layihəsi qəbul edib. Sənədin lehinə 393, əleyhinə isə 32 konqressmen səs verib.

Maraqlıdır ki, konqressmenlər 2006-cı ildə Özbəkistana ayrılacaq 4 milyon dollar həcmində hərbi yardımı təsdiqləməkdən imtina ediblər və bunu "Özbəkistanda dəyişən şəraitlə" əlaqələndiriblər. Bununla yanaşı Baltik ölkələrinin hər birinə 5 milyon yardım ayrılması nəzərdə tutulub.

ABŞ Dövlət Departamentinin məlumat xidmətinin məlumatına görə, "xarici hərbi maliyyələşdirmə" proqramı " bütün dünyada Amerikanın maraqlarını yaymaq üçün ABŞ xarici siyasətinin ən vacib alətidir ". Bu proqram çərçivəsində xarici "koalisiya üzrə tərəfdaşlara və dost dövlətlərə" "Amerikanın müdafiə avadanlıqlarını, xidmət və hazırlıqlarını əldə etmək üçün qrantlar" ayrılır. Qanun laiyhəsinin Nümayəndələr Palatası tərəfindən qəbul edilməsindən sonra o, çərşənbə axşamından nəzərdən keçirilməsinə başlanılan pul köçürmələri üzrə komitədə bu sənədin Senat variantı ilə razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti