...

İYULDA ABŞ-NIN KEÇMİŞ DÖVLƏT KATİBİ MADLEN OLBRAYT AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 29 İyun 2005 19:38 (UTC +04:00)
İYULDA ABŞ-NIN KEÇMİŞ DÖVLƏT KATİBİ MADLEN OLBRAYT AZƏRBAYCANA GƏLƏCƏK

İyunun 29-da Azərbaycanda biznesin inkişafına dəstək layihəsi çərçivəsində ABŞ-nın inkişafı üzrə Beynəlxalq agentliyin maliyyə yardımı ilə Qazaxda Marketinq mərkəzinin açılışı keçirilib. Trend agentliyinin bölgə müxbiri xəbər verir ki, açılış mərasimində ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş iştirak edib. Azərbaycanda 4 belə mərkəz fəaliyyət göstərir.Quba, Zaqatala və Şəkidə daha 3 mərkəzin açılışı planlaşdırılır.ABŞ hökuməti Azərbaycanda biznesin inkişafına dəstək layihəsinin gerçəkləşdirilməsi üçün 90 mln. dollar ayırıb.

Açılış mərasimi başa çatdıqdan sonra Rino Harniş yerli jurnalistlərlə görüşüb.O, bildirib ki, iyulda ABŞ-nın keçmiş dövlət katibi Madlen Olbrayt və dövlət katibinin qlobal məsələlər üzrə müşaviri Pola Dobriyanski Azərbaycana gələcək.Səfərin əsas məqsədi parlament seçkiləri ərəfəsində monitorinq keçirməkdir. M.Olbrayt həmçinin parlament seçkilərində Amerika müşahidəçilərinin missiyasına başçılıq edəcək.

R.Harniş həmçinin qeyd edib ki, seçkilərin təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ hökuməti 5 mln. dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti