...

FƏZALƏT PARTİYASI MİLLİ MƏCLİSİN SEÇKİ MƏCƏLLƏSİ İLƏ BAĞLI QƏBUL ETDİYİ QƏRARINDAN RAZI DEYİL

Siyasət Materials 30 İyun 2005 12:01 (UTC +04:00)

Azərbaycan Fəzalət Partiyası (AFP) Milli Məclisdə müzakirə edilərək qəbul edilmiş Seçki Məcəlləsində seçki komissiyalarının formalaşma qaydasının olduğu kimi saxlanılmasından razı deyil. Trend informasiya agentliyi xəbər verir ki, bu ifadələr AFP-nin yaydığı bəyanatındadır.

"Seçki komissiyyalarının tərkibinin dəyişdirilməməsindəki israrlılıq gələcəkdə ölkədə xoşagəlməz hallarla nəticələnə bilər",- bəyanatda deyilir.

Bəyanatda, daha sonra, AFP-nin ölkədə seçkilərlə bağlı yaranmış vəziyyətin istənilən siyasi partiya və seçki blokları ilə müzakirə etməyə hazır olduğubildirlir.

Xəbər lenti

Xəbər lenti