...

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA 4 SAZİŞ İMZALANIB

Siyasət Materials 30 İyun 2005 14:25 (UTC +04:00)
AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA 4 SAZİŞ İMZALANIB

İyunun 30-da Türkiyə baş naziri Rəcəb Tayıb Erdoğanın səfəri çərçivəsində Azərbaycan və Türkiyə 4 saziş imzalayıb. Trend agentliyinin məlumatına əsasən, texniki əməkdaşlıq, baytarlıq sahəsində əməkdaşlıq, müəllif hüquqlarının qorunması haqqında saziş və birgə komyunike imzalanıb.

Sonuncu sənəd Azərbaycan prezidenti İ.Əliyev və Türkiyə baş naziri R.T.Erdoğan tərəfindən imzalanıb. İmzalanma mərasimindən sonra çıxış edən İ.Əliyev bildirib ki, Erdoğanın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında vacib rol oynayacaq. Dövlət başçısı Azərbaycanla Türkiyə arasında əməkdaşlığı müsbət qiymətləndirib və bunun təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün sərfəli olduğunu bildirib. Onun sözlərinə görə, iri layihələr gerçəkləşdirilir və bu məsələdə "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Ərzurum" enerji koridorlarına böyük önəm verilir.

İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin Azərbaycanı dəstəklədiyi üçün R.T.Erdoğana minətdarlığını bildirib. "Biz ümid edirik ki, bu münaqişə beynəlxalq prinspiplər çərçivəsində həll olunacaq, ərazi bütövlüyü bərpa olunacaq", - deyə İ.Əliyev qeyd edib. Eyni zamanda Azərbaycan prezidenti iki ölkə arasında iqtisadi və ticari əlaqələrin yüksək inkişaf potensialını da vurğulayıb. "Yaxın perspektivdə Azərbaycanla Türkiyə arasında mal dövriyyəsinin 1 mlrd dollaradək artması gözlənilir. 2005-ci ildə Azərbaycanla Türkiyə arasında mal dövriyyəsinin ötən illə müqayisədə 150% artacağı gözlənilir. Əminəm ki, iqtisadi əlaqələrin inkişafı davam etdiriləcək", - deyə İ.Əliyev bildirib.

İ.Əliyev, həmçinin deyib ki, Türkiyə baş naziri ilə danışıqlarda həm ikitərəfli, həm də regional xarakterli məsələlər, eləcə də iki ölkənin beynəlxalq təşkilatlarda birgə fəaliyyəti müzakirə olunub. "Azərbaycanla Türkiyə arasında bu məsələ ilə bağtlı fikir ayrılığı yoxdur" - deyə Azərbaycan prezidenti qeyd edib. R.T.Erdoğan isə, öz növbəsində, iki ölkə arasında qardışlıq münasibətlərinin mövcudluğunu vurğulayıb və H.Əliyevin "İki dövlət, bir millət" sözlərini xatırlayıb. Onun fikrincə, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafı üçün böyük potensial var.

Türkiyə baş naziri bildirib ki, oktyabrın 27-də Ceyhan neft terminalında tankerin Azərbaycan nefti ilə doldurulma mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti