...

ELMAR HÜSEYNOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏ GECƏSİ KEÇİRİLƏCƏK

Siyasət Materials 30 İyun 2005 17:03 (UTC +04:00)

Elmar Hüseynov Fondunun təsisçilərinin gələn həftə milli təhlükəsizlik naziri ilə görüşü gözlənilir. Bu barədə Trend ə Elmar Hüseynov Fondunun təsisçilərindən olan Şahbaz Xuduoğlu məlumat verib.

Qeyd edək ki, Fond "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmaması, aparılan istintaqın gedişi barədə məlumatların verilməməsinə etiraz əlaməti olaraq piket keçirməyi nəzərdə tutmuşdu. Aksiya barədə milli təhlükəsizlik nazirinə məlumat verilib və o, Elmar Hyseyn Fondunun təsisçilərini qəbul edəcəyi barədə açıqlama verib.

Şahbaz Xuduoğlu bildirib ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov Fondun təsisçiləri ilə görüşməyə vəd verdiyinə görə də hələlik aksiyalar keçirilməsi planlaşdırılmır. Fond nümayəndəsinin sözlərinə görə, onlar nazirdən istintaq barədə məlumat verilməsini istəyəcəklər: "Biz sirr xarakterli məlumatların açıqlanmasını tələb etmirik. Qətlin açılması istiqamətində aparılan istintaq barədə ictimaiyyətə məlumat verilməsini istəyirik"-deyə Ş.Xuduoğlu bildirib.

Fondun təsisçisi onu da deyib ki, mərhum Elmar Hüseynovun xatirəsini yad etmək üçün iyulun 17-da, onun doğum günündə tədbir keçiriləcək. Hazırda xatirə gecəsinin keçirilməsi üçün hazırlıq işləri görülür.

Xəbər lenti

Xəbər lenti