...

LALƏ ŞÖVKƏT "AQO" MONİTORİNQ QRUPUNUN RƏHBƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 30 İyun 2005 18:34 (UTC +04:00)

İyunun 30-da "Milli Birlik" Hərəkatının və Liberal Partiyasının lideri Lalə Şövkət Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun Bakıda səfərdə rəhbəri, Almaniya diplomatı Rouland Vegenerlə görüşüb. Bu barədə Trend ə Milli Birlik hərəkatından məlumat verilib. Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, Seçki Məcəlləsinin demokratikləşdirilməsi, seçki komissiyalarının bərabərlik prinsipi əsasında formalaşdırılması zərurəti, bu il keçiriləcək deputat seçkiləri, həmçinin "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı aparılan istintaq və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə o da qeyd olunub ki, parlament seçkiləri demokratik keçirilməyəcəyi və saxtakarlıqlara yol veriləcəyi təqdirdə ölkədə ictimai-siyasi tarazlığı pozan qarşıdurma yarana bilər.

Xəbər lenti

Xəbər lenti