Qeyd etmişdik ki, iyulun 2-də Gəncədə müxalifət partiyalarının birgə mitinqi keçiriləcək. Bu haqda məlumatı dəqiqləşdirmək üçün Müsavat partiyası Gəncə təşkilatının sədri Cahangir Əmiraslanova müraciət etdik. O, Trend nümayəndəsinə bildirdi ki, mitinqin keçirilməsi ilə bağlı şəhər icra hakimiyyətinə yazılı müraciət etdik. Onlar həmin tarixin "Polis günü" olduğunu bəhanə gətirərək məktubu qəbul etmədilər. Bu haqda ABŞ səfirliyinə müraciət etmişik.İyulun 2-də olmasa da mitinqimizi keçirəcəyik.