...

RONALD VEGENER: AZƏRBAYCANDA DEMOKRATİK SEÇKİLƏR MÜMKÜNDÜR

Siyasət Materials 30 İyun 2005 20:54 (UTC +04:00)
RONALD VEGENER: AZƏRBAYCANDA DEMOKRATİK SEÇKİLƏR MÜMKÜNDÜR

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin çoxunu yerinə yetirib.Bu da ölkədə demokratik parlament seçkilərinin keçirilməsinin mümkünlüyündən danışmağa əsas verir. Trend agentliyi xəbər verir ki, iyunun 30-da Bakıda keçirilən mətbuat konfransında Avropa Şurası nazirlər Komitəsi "AQO" monitorinq qrupunun rəhbəri alman diplomatı, səfir Avropa Şurası nazirlər Komitəsi "AQO" monitorinq qrupubu bəyanatla çıxış edib.

Səfir qeyd edib ki, Azərbaycan rəhbərliyinin bütün fəaliyyətini mənfi səciyyələndirmək düzgün olmazdı. "Əgər Azərbaycan hakimiyyəti Venesiya komissiyasının tövsiyələrindən birini yerinə yetirməyibsə, onda bu, rəsmi Bakının beynəlxalq strukturlar qarşısında öhdəlikləri tamamilə rədd etməsi barədə danışmağa əsas vermir" - deyə alman diplomatı qeyd edib.

Eyni zamanda monitorinq qrupunun başçısı bildirib ki, AŞ rəhbərliyi seçki komissiyalarının paritet əsasda formalaşdırılmasında maraqlıdır və ümid edir ki, bu məsələ də öz müsbət həllini tapacaq. "Biz inanırıq ki, müxalifət partiyalarının nümayəndələri seçki komissiyalarında geniş təmsil olunacaq"-deyə R. Vegener qeyd edib.

Azərbaycanda siyasi məhbuslar mövzusuna toxunan "AQO" qrupunun rəhbəri hakimiyyət strukturlarının nümayəndələri ilə yanaşı, Azərbaycanın tanınmış hüquq müdafiəçilərinin də daxil ediləcəyi komissiyanın yaradılmasını müsbət qiymətləndirdi.

"Həmin problemin tam həlli respublika rəhbərliyinin reytinqini artıracaq"-deyə o bildirib və qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanda demokratik cəmiyyətin inkişafının şərti olaraq açıq və şəffaf seçkilərin təmin edilməsinə böyük əhəmiyyət verir.

Sonda Ronald Vegener qeyd edib ki, AŞPA səviyyəsində Azərbaycan parlamentinə keçiriləcək noyabr seçkilərinə hər-hansı bir qiymətin verilməsi barədə öncədən danışmaq düzgün deyil. "Avropa Şurasının qiyməti yalnız beynəlxalq ekspert qruplarının məruzələri dinlənildikdən sonra veriləcək"-deyə "AQO" qrupunun rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti