...

GƏNCLƏR TƏŞKİLATLARI ŞƏBƏKƏSİ SEÇKİ İLƏ BAĞLI MÜSTƏQİL MÜŞAHİDƏÇİ QRUPLARI YARADACAQ

Siyasət Materials 1 İyul 2005 13:05 (UTC +04:00)

Paytaxtda fəaliyyət göstərən 7 gənclər təşkilatı "Seçki Məsələləri Üzrə Gənclər Təşkilatları Şəbəkəsi" adlı qurum yaradıb. Bu barədə Trend ə Şəbəkənin üzvü, "Bizim nəsil" Gənclərin Regional Assosiasiyasının rəhbəri Nurəddin Mehdiyev məlumat verib. O, bildirib ki, gənclər təşkilatlarını birləşdirən bu şəbəkəni yaratmaqda məqsəd seçkiqabağı ölkədə seçki mühitinin sağlamlaşdırılması üçün regionlarda gənclərin maarifləndirilməsi, müşahidə institutunun formalaşdırılması, ölkədə uzunmüddətli və qısamüddətli müşahidə sisteminə öz töhfəsini verməkdir. Şəbəkə regionlardakı gənclərin seçki ilə bağlı biliklərinin və təcürəbsinin artırılmasına xüsusi diqqət ayırmağı nəzərdə tutub.

"Seçki Məsələləri Üzrə Gənclər Təşkilatları Şəbəkəsi" layihə çərçivəsində 21 rayon ərazisində 27 seçki dairəsində neytral mövqeli, aktiv gənclərin seçki hüquqları ilə bağlı maarifləndirmə işləri aparacaq. Təşkilat gənclərin həm aktiv, həm də passiv seçki hüquqlarını, yəni, seçici və seçilən vətəndaşların hüquqlarını öyrətməklə seçkidə gənc nəslin fəallaşmasına nail olmağa çalışır. Həmçinin 27 seçki dairəsi üzrə müstəqil müşahidəçi qrupları yaradacaq, hər qrupda 20 nəfər gənc təmsil olunacaq.

Şəbəkə iyul ayının ilk həftəsində "Vətəndaş cəmiyyətində parlament institutunun yeri və rolu" mövzusunda seminar keçirəcək. Tədbirdə seçki məsələləri, beynəlxalq hüquq və digər buna yaxın sahələr üzrə mütəxəssislərin iştirakı planlaşdırılır. Şəbəkədə birləşən gənclər təşkilatları seçki ilə bağlı sorğular və digər layihələr həyata keçirməyi də nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti