...

MÜXALİFƏTİN "MİLLİ MÜQAVİMƏTİN KOORDİNASİYA MƏRKƏZİ" YARADILACAQ

Siyasət Materials 1 İyul 2005 16:23 (UTC +04:00)

Bir neçə müxalifət partiyasını, ictimai-siyasi xadimləri birləşdirən "Milli Müqavimətin Koordinasiya Mərkəzi" adlı qurum yaradılacaq. Bu barədə Trend ə Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu məlumat verib. O, bildirib ki, gələn həftə bu qurumun yaradılması ilə bağlı təsisçilərin saziş imzalanması mərasiminin keçirilməsi nəzərdə tutulub.

Ç.Dəmiroğlunun sözlərinə görə, Milli Müqavimətin Koordinasiya Mərkəzinə Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlunun, Milli Demokrat Partiyasının rəhbəri İsgəndər Həmidovun, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin, Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin, Milli Dirçəliş hərəkatının rəhbəri Fərəc Quliyevin, Tərəqqi, İslam və digər partiyaların qoşulması nəzərdə tutulub.

Qeyd edək ki, bu partiyaların birgə iştirakı ilə Müxalifətin Koordinasiya Mərkəzinin yaradılması planlaşdırılırdı. Milli Birlik hərəkatının lideri Lalə Şövkət bu qurumun təsisçilərindən olan Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu ilə görüşündə təklif edib ki, müxalifətin Milli Müqavimət Hərəkatı yaradılsın. Ona görə də yeni yaradılacaq qurumun müxalifətin Milli Müqavimətinin Koordinasiya Mərkəzi adlandırılması gözlənilir.

Koordinasiya Mərkəzi təsis olunacağı təqdirdə, burada birləşən partiyaların bu ilin payızında keçiriləcək parlament seçkisi ilə bağlı əməkdaşlıq etməsi, hətta seçki dairələri üzrə ortaq namizədləri müəyyənləşdirməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti