...

"LİBERAL AZƏRBAYCAN" SEÇKİ BLOKUNUN ÜZVLƏRİ NORVEÇ SƏFİRİ İLƏ GÖRÜŞÜBLƏR

Siyasət Materials 1 İyul 2005 17:00 (UTC +04:00)

"Liberal Azərbaycan" seçki blokunda təmsil olunan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) və "Yeni dalğa" gənclər hərəkatının lideri Vüqar Əlişanbəyli Norveç Krallığının səfiri Steynar Gillə görüşüb.Bu barədə Trend ə seçki blokundan məlumat verilib.

ALDP-nin sədri Fuad Əliyev təmsil etdiyi seçki bloku barədə səfirə məlumat verib, seçkilərin demokratik keçirilməsi üçün bütün qüvvələrin əməkdaşlığının vacib olduğunu deyib.

O, "Liberal Azərbaycan" seçki blokunun müxalifəti təmsil edən "Azadlıq", "Yeni Siyasət" və digər seçki blokları ilə əməkdaşlığını istisna etməyib. F.Əliyev onlarla əməkdaşlıq üçün ilk addımların atıldığını bildirib.

"Liberal Azərbaycan" seçki blokunun üzvlərinin "Azadlıq" blokunun və Milli Demokrat Partiyasının keçirdiyi aksiyalarda iştirak etdiyini və bundan sonra da müxalifətin aksiyalarına qatılacağını diqqətə çatdırıb,

ALDP sədri seçkidə saxtakarlıq olacağı təqdirdə səslərinin müdafiəsi uğrunda mübarizə aparacaqlarını deyib.

"Yeni dalğa" gənclər hərəkatının rəhbəri Vüqar Əlişanbəyli bu qurum haqqında məlumat verib, insan hüquqları sahəsində Norveç Krallığının fəaliyyətini müsbət qiymətləndirib, bu məsələ əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir Steynar Gil də parlament seçkisində bütün demokratik qüvvələrin əməkdaşlığını arzuladığını deyib və qeyd edib ki, o, müxalifətə deyil, demokratiyaya və demokratik prinsiplərə dəstək verir.

Xəbər lenti

Xəbər lenti