...

İLK İPOTEKA KREDİTLƏRİ İLİN SONUNA QƏDƏR VERİLƏCƏK

Siyasət Materials 1 İyul 2005 17:47 (UTC +04:00)
İLK İPOTEKA KREDİTLƏRİ İLİN SONUNA QƏDƏR VERİLƏCƏK

İyunun 1-də Azərbaycan Milli Bankı (AMB) İpoteka məsələləri üzrə seminar keçirib. Trend agentliyinin məlumatına əsasən, AMB-nın idarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, ipoteka və onunla bağlı məsələlər AMB tərəfindən işlənib hazırlanan üç layihədən biridir. Digər iki layihə denominasiya və Milli ödəmə sisteminin yaradılmasına aiddir.

"İpoteka" haqqında qanun aprelin 15-də Milli Məclis tərəfindən qəbul olunub və cari ilin iyunun 9-da qəbul olunub.

"Hazırda müvafiq razılaşmadan sonra prezident tərəfindən imzalanmalı olan Dövlət İpoteka proqramı hazırlanıb. Həmin proqramda ipoteka kreditlərinin verilmə mexanizminin əsas anları müəyyənləşdirilib", - deyə E.Rüstəmov bildirib.

E.Rüstəmov Proqramın detalları açıqlananadək onun konkret parametrlərini deməkdən imtina edib, lakin sənəddə faiz dərəcələrinin, kreditlərin və s. maksimal səviyyəsinin göstərildiyini bildirib.

Onun dediklərinə görə, 4 nəfərlik ailə üçün 100 m2 sahə nəzərdə tutulub. E.Rüstəmov bildirib ki, bank qarşısında öhdəliklərə əsasən, ipoteka kreditinin illik ödənişi illik qanuni gəlirlərin 30%-ni keçməməlidir.

O, həmçinin vurğulayıb ki, ipoteka kreditlərindən yalnız AR vətəndaşları yararlana bilər, şərtlər isə respublikanın bütün regionları üçün bərabərdir.

Azərbaycan Milli Bankının Hüquq departamentinin rəhbəri Rəna Məlikova deyib ki, öhdəliklərə əsasən, kredit borcunu ödəməkdən imtina etdikdə həmin tikilidə yaşayan insanlar oranı tərk etməlidirlər. Bu zaman yaşayış sahəsi hərraca qoyulacaq. Satış qiyməti ilə bank qarşısındakı borc təfavütü borc alana çatacaq.

İdarə heyəti sədrinin baş məsləhətçisi Şahmar Mövsümov, öz növbəsində, qeyd edib ki, kreditin alınması üçün borc alanın həyatının da sığortalanması lazımdır ki, vəfat etdikdə sığorta şirkəti bank qarşısındakı borcu tamamilə ödəsin və onun varisləri həmin ipoteka obyektini alsın.

Bələdiyyə və ya dövlət mülkiyyəti ipoteka predmeti ola bilməz. Onun dediklərinə görə, 2005-ci ilin korrektə edilmiş büdcəsində ipotekanın inkişafı üçün 30 mlrd manat nəzərdə tutulub ki, həmin vəsaitin hesabına Azərbaycan İpoteka Fondu yaradılacaq və ilin sonunadək ilkin ipoteka kreditləri veriləcək.

Xəbər lenti

Xəbər lenti