...

DEMOKRATİK İSLAHATLAR PARTİYASININ TƏSİS QURULTAYI KEÇİRİLƏCƏK

Siyasət Materials 1 İyul 2005 18:28 (UTC +04:00)
DEMOKRATİK İSLAHATLAR PARTİYASININ  TƏSİS QURULTAYI KEÇİRİLƏCƏK

İyulun 4-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında Demokratik İslahatlar Partiyasının(DİP) təsis qurultayı keçiriləcəkdir. Bu haqda Trend ə DİP-in mətbuat xidmətindən bildirilmişdir.

Qurultayda partiyanın Nizamnaməsi, məramnaməsi, fəaliyyət proqramı qəbul ediləcək, eləcə də, DİP-in sədri, partiyanın Siyasi Şurasının və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiləcəkdir.

Məlumatda, DİP-in qurultayında ölkədə fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin, eləcə də siyasi partiya və qeyri-hökumət təşkilatlarının, dini icmaların, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti