...

"AQO QRUPU"HUH ÜZVLƏRİ DEMOKRATİK İSLAHATLAR PARTİYASIHDA GÖRÜŞ KEÇİRMİŞLƏR

Siyasət Materials 1 İyul 2005 18:31 (UTC +04:00)

İyulun 1-də Azərbaycanda səfərdə olan Avropa Şurası Hazirlər Komitəsinin "Aqo qrupu"nun üzvləri Demokratik İslahatlar Partiyasının(DİP) Təşkilat Komitəsinin sədri Asim Mollazadə ilə görüşmüşlər. Bu haqda Trend ə DİP-in mətbuat xidmətindən bildirilmişdir.

Məlumatda, DİP-in qərargahında keçirilmiş görüşdə Asim Mollazadənin qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, bu ilin payızında keçiriləcək parlament seçkiləri barədə ətraflı məlumat verdiyi bildirilmişdir.

Təşkilat Komitəsinin sədri, daha sonra qonaqlara DİP-in yaranması və məqsədləri barədə də məlumat vermişdir.

Görüşdə tərəflər həmçinin, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərini də müzakirə etmişlər.

Xəbər lenti

Xəbər lenti