...

İLHAM ƏLİYEV ABŞ PREZİDENTİNİ MİLLİ BAYRAM MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Siyasət Materials 4 İyul 2005 12:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Corc Buşa milli bayram -Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

Trend agentliyinin məlumatına əsasən, məktubda deyilir: "bu gün Amerika Birləşmiş Ştatları bütün dünyada sülhün, sabitliyin bərqərar olması, demokratik dəyərlərin təntənəsi naminə ardıcıl səylər göstərir. Qlobal təhlükələr və çağırışlara cavab olaraq, Birləşmiş Ştatlar Beynəlxalq birliyin terrorçuluğa qarşı mübarizəsində qətiyyətli mövqe tutur və aparıcı rol oynayır. Azərbaycan ABŞ-ın yeritdiyi bu siyasəti tam dəstəkləyir və bu işə hər zaman öz tövhəsini verməyə çalışır. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə ABŞ arasında enerji, təhlükəsizlik məsələlərində və siyasi əməkdaşlıq sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Münasibətlərimiz dostluq və əməkdaşlıq zəminində böyük yol keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir".

Azərbaycan prezidenti yazır ki, o, strateji tərəfdaşlığın bariz ifadəsini xüsusən Xəzərin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli layihələrin gerçəkləşdirilməsində ABŞ-ın yaxından iştirakında görür və bunu yüksək qiymətləndirir. Azərbaycanda aparılan demokratik islahatlarda ABŞ-ın göstərdiyi dəstəyi dəyərləndirir və bu istiqamətdə əməkdaşlımızın davam edəcəyinə əmindir.

Məktubda İ.Əliyev müstəqillik əldə edildikdən bəri qarşıya çıxan ən böyük problemlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məqsədilə ATƏT-in Minsk qrupu həmsədri kimi ABŞ-ın öz səylərini daha da artırağına və regionda çoxdan gözlənilən sülhün bərqərar olması üçün tövhəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti