...

109 AZƏRBAYCAN SÜLHMƏRAMLISI İRAQA YOLA DÜŞÜB

Siyasət Materials 4 İyul 2005 13:51 (UTC +04:00)

Azərbaycanın109 sülhməramlısı iyulun 4-də İraqa yola düşüb. Bu barədə Trend agentliyinə Azərbaycana Respublikası Müdafiə Nazirlyinin mətbuat xidmətində bildirilib.

Hərbçilərin 90 nəfəri sıravi, 19-u isə zabitdir.Onlar İraqın Əl-Əmbər vilayətində sülhməramlı missiyanı həyata keçirən Azərbaycan hərbçilərini rotasiya sistemi üzrə əvəz edəcək. İraqda xidmət edən hərbçilər isə yaxın günlərdə Bakıya qayıdacaq.

İraqda sülhməramlı kimi cəmi 150 azərbaycanlı xidmət edir.Onlar, əsas etibarilə İraqı 30% elektrik enerjisi ilə təchiz edən Abit su elektrik stansiyasının təhlükəsizliyini təmin edirlər.

Xəbər lenti

Xəbər lenti