...

ASİM MOLLAZADƏ: DEMOKRATİK İSLAHATLAR PARTİYASI PARLAMEHT SEÇKİLƏRİHDƏ ƏH FƏAL ŞƏKİLDƏ İŞTİRAK EDƏCƏK

Siyasət Materials 4 İyul 2005 15:58 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası (DİP) Azərbaycanda qarşıdan gələn parlament seçkilərində ən fəal surətdə iştirak edəcək. Trend in səlumatına görə, belə bir bəyanatla DİP-in sədri kimi Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə çıxış edib.

O qeyd edib ki, onun rəhbərlik etdiyi partiya artıq seçkiqabağı proqramını hazırlayıb və qarşıdakı seçkilərdə Demokratik İslahatlar Birliyi seçki blokunun tərkibində iştirak edəcək.

"Biz bütün siyasi partiyalar və seçki blokları ilə əməkdaşlıq etməyə hazırıq" -deyə qeyd edən A.Mollazadə bildirib ki, Demokratik İslahatlar Birliyində Azərbaycanın bütün liberal siyasi qüvvələri təmsil olunacaq.

DİP-nın proqramına və məqsədlərinə toxunan A.Mollazadə bildirib ki, onun rəhbərlik etdiyi partiya Azərbaycandakı orta sinfin maraqlarını təmsil edir. "Biz anlayırıq ki, iqtisadiyyatın maksimum liberallaşması ölkəmizdə iqtisadi islahatların inkişafına yeni təkan verəcək" - deyə DİP-nın sədri bu zaman qeyd edib ki, beynəlxalq arenada Azərbaycanın mövqeyinin güclənməsi birbaşa olaraq ölkənin iqtisadi inkişafı ilə bağlıdır.

Sonda A. Mollazadə Dağlıq Qarabağ probleminin nizamlanmasına da toxunub. "Erməni-Azərbaycan münaqişəsi sülh dioloqu yolu ilə həll olunmalıdır"-deyə DİP-nın lideri qeyd edib. Onun sözlərinə görə, maddi ehtiyatlardan fərqli olaraq Azərbaycanın genofondumuzun yeri doldurulmur. "Biz ordunun güclənməsinə və danışıqlar prosesinə bilavasitə təsir göstərə biləcək iqtisadi mövqeyimizi planlı şəkildə möhkəmləndirməliyik", - deyə A.Mollazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti