...

GÜRCÜSTAN PREZİDENTİNİN ABXAZİYA ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ BAKIYA GƏLİB

Siyasət Materials 4 İyul 2005 16:16 (UTC +04:00)

İyulun 4-də Abxaziya Muxtar Respublikasının sürgündə olan hökumət başçısı, Gürücstan-Abxaziya danışıqları prosesində Gürcüstan prezidentinin xüsusi nümayəndəsi İrakli Alasaniya Bakıya gəlib. Bu barədə Trend ə Gürcüstanın Bakıdakı səfirliyindən məlumat veriblər.

Azərbaycanın rəsmi şəxsləri ilə ikigünlük danışıqlar gedişində Cənubi Qafqazda münaqişələrin nizamlanması məsələləri, eləcə də iqtisadi layihələrin reallaşdırılması müzakirə olunacaq. İ.Alasaniyanın Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasovla və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb.

Azərbaycanın XİN-nin mətbuat mərkəzində Alasaniyanın Bakıya gəlməsini və bir sıra rəsmi şəxslərlə, o cümlədən E.Məmmədyarovla göorüşlər keçirəcəyi barədə məlumatları təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti