...

LEONİD SLUTSKİ: AZƏRBAYCANDA SEÇKİ HÜQUQUNUN DEMOKRATİK NORMALARININ POZULMASINDAN DANIŞMAQ HƏLƏ TEZDİR

Siyasət Materials 5 İyul 2005 11:39 (UTC +04:00)

Azərbaycanda şəffaf və demokratik parlament seçkilərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. agentliyinin verdiyi məlumata görə, belə bəyanatla RF dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədr müavini, AŞ PA-da Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Leonid Slutski Bakıda keçirilmiş mətbuat-konfrasında çıxış edib.

O, qeyd edib ki, Azərbaycanda seçkilər haqqında qanunu şəxsən öyrənib və bu qanun beynəlxalq təşkilatların tələblərinə tam cavab verir. Qabaqcadan hər hansı bir nöqsan haqqında danışmağa lüzum yoxdur. 5 noyabrda keçiriləcək səsvermə monitorinqində iştirak edəcək diplomat prezident İlham Əliyevin seçki prosesinə xüsusi diqqət ayırdığını vurğulayıb.

"Rusiya ekspertləri, o cümlədən mən də AŞ PA nəzarət komissiyasının tərkibində Bakıya gələcək və beynəlxalq missiyanın rəyinin mövcud vəziyyətə uyğun olması üçün əlimizdən gələni edəcəyik", - deyə Rusiyalı diplomat bildirib. Onun sözlərinə görə, beynəlxalq instansiyaların keçmiş sovet ölkələrindəki vəziyyətə münasibəti bir çox hallarda ikili xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti