...

MSK QIRĞIZISTANDA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

Siyasət Materials 5 İyul 2005 13:25 (UTC +04:00)

İyulun 10-da Qırğızıstanda keçiriləcək prezident seçkilərini Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri də müşahidə edəcəkdir.

Bu haqda MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Trend ə bildirmişdir.

Onun sözlərinə görə, bu haqda Qırqızıstanın seçki komissiyasından MSK-ya rəsmi müraciət daxil olmuşdur. "Prezident seçkisini izləmək üçün MSK-nın iki üzvü Bişkek şəhərinə ezam olunacaqdır. Onlar həm paytaxtda, eləcə də digər şəhərlərdə seçkiləriin keçirilməsini müşahidə edəcəkdir",- deyə Azər Sarıyev bildirmişdir.

Onun sözlərinə görə, Bişkekə ezam olunacaq MSK üzvlərinin adları yaxın günlərdə bəlli olacaqdır.

Xatırladaq ki, ötən ilin parlament seçkilərinin total şəkildə saxtalaşdırılması hələ sovet dönəmindən Qırğızıstana rəhbərlik edən prezident Askar Akayevin hakimiyyətinin devrilməsi ilə nəticələnmişdi. İyulun 10-da keçiriləcək seçki, demokratik dəyişikliklərdən sonra ölkədə keçiriləcək ilk prezident seçkisi olacaqdır.

Xəbər lenti

Xəbər lenti