...

AYDIN MİRZƏZADƏ: KÜTLƏVİ AKSİYALAR ÖLKƏDƏ SİYASİ QÜVVƏLƏR NİSBƏTİNİ DƏYİŞƏ BİLMƏZ

Siyasət Materials 5 İyul 2005 13:56 (UTC +04:00)

"Müxalifət partiyalarının seçkiqabağı təbliğat üçün kütləvi tədbirlər keçirmələri onu göstərir ki, onlar sivil metodlara əl atmaq istəyirlər və bu, bizi sevindirir". Bu fikirləri Trend ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. O, müxalifət qüvvələrinin cəmiyyətin üzvləri olduğunu deyərək onların fəaliyyətini, keçirdiyi tədbirləri normal qarşıladığını bildirib. Lakin Aydın Mirzəzadə hesab edir ki, kütləvi aksiyaların keçirilməsi ölkədə siyasi qüvvələr nisbətini dəyişməyə qadir deyil. Çünki siyasi qüvvələrin sosial bazası onun liderinin kimliyi, onun apardığı fəaliyyətin cəmiyyətin maraqlarına nə dərəcədə cavab verməsi ilə ölçülür.

"Kütləvi aksiyada çoxlu sayda adamlar iştirak edə bilər. Amma bu insanlar hələ bütün cəmiyyət demək deyil. Seçkinin nəticələrini cəmiyyət özü, siyasi qüvvələrin irəli sürəcəyi namizədlərin nüfuzu, keçirilən rəy sorğuları müəyyən edə bilər. Kütləvi aksiyalarla qabaqcadan bunu müəyyən etmək olmaz" -deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti