...

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ ELÇİN QULİYEV GÜRCÜSTANA SƏFƏRƏ GEDİR

Siyasət Materials 5 İyul 2005 16:46 (UTC +04:00)
DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ ELÇİN QULİYEV GÜRCÜSTANA SƏFƏRƏ GEDİR

(RİA "Novosti") - İyulun 5-də Azərbaycan Dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev Gürcüstan paytaxtına yola düşür.

Gürcüstanın sərhəd idarəsində bildirilib ki, Quliyev çərşənbə günü öz gürcü həmkarı, Gürcüstan DİN dövlət sərhədinin mühafizəsi Departamentinin sədri, general-mayor Badri Biüadze ilə görüşəcək.

Söhbət əsnasında sərhəd idarələrinin rəhbərləri sərhədlərin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.Xüsusilə tərəflər qeyri-qanuni miqrasiya, kontrabanda kimi mövzulara, eləcə də narkotik vasitələrin qeyri-qanuni daşınmasına qarşı mübarizədə birgə tədbirlər məsələsinə toxunacaq.

Xəbər lenti

Xəbər lenti